Mojo.az Banner
Left Banner
Right Banner

Qaradağda "KİA" oğurlayan 2 nəfər saxlanılıb

21.05.2019 14:58 3 816
Qaradağda
Median.Az xəbər verir ki, mayın 18-də Qaradağ RPİ 10-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidov ötən il mayın 18-də “KİA” markalı avtomobilinin oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən paytaxt sakinləri V.Əhmədov və Ə.Məmmədli avtomobillə birgə saxlanılıblar.

Qaradağ RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner