Mojo.az Banner
14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |     11:24 İndoneziyada yenə güclü zəlzələ oldu  |     11:18 Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ  |     11:14 Azərbaycanda sığorta məbləğinin ödənilməsində YENİLİK  |     23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |     22:10 Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb  |    
Left Banner
Right Banner

Şamaxıda 8 il öncə vəfat etmiş şəxs hərbi xidmətə çağırıldı

20.05.2019 23:30 2 175
Şamaxıda 8 il öncə vəfat etmiş şəxs hərbi xidmətə çağırıldı
Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

Median.Az
ONA-ya istinadən xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ailədə üç qardaş olublar: "Mən və qardaşlarımdan biri hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib. Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bizim evə gətirilib? Yəni mənim qardaşım fəraridir? Belə səhv ola bilməz”.

N.İbrahimov bildirir ki, mərhum R.İbrahimova 2008 və 2010-cu ildə iki dəfə çağırış gəlib, müayinədən keçib: “O zaman qardaşımı çağırış vərəqəsi əsasında hərbi hissəyə apardılar və bir gün sonra onu hərbi xidmətdən geri gödərdilər ki, bu uşaq xəstə olduğu üçün hərbi xidmətə yararsızdır. Yaxşı, mən başa düşmürəm, hərbiyə yararsız diaqnozu olsa da, qardaşma təkrar 2019-cu il mayın 14-də hərbi xidmət üçün yenidən çağırış vərəqəsi nəyə görə gəlib? Bu necə olur? Axı qardaşımın ölüm sənədi və hərbi bileti, xəstəliyi haqda bütün sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindədir".

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsindən ONA-nın yerli bürosuna verilən məlumata görə, şəhər və rayon qeydiyyat şöbələrinin hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməlidir. Lakin belə bir sənət təqdim olunmadığına görə Şamaxı rayonu Avaxıl kəndində yaşayan 1987-ci il təvəllüdlü İsgəndərov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

Yerli kənd icra nümayəndəliyi isə bildirib ki, rayonun Avaxıl kəndində yaşayan və sonra dünyasını dəyişən Rauf İbrahimovun ölümü haqqında şəhadətnamə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə vaxtında təqdim olunub.скачать dle 11.3
Mojo.az Banner