Mojo.az Banner
14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |     14:17 Şirvanda oğurluq edən şəxs saxlanılıb  |     14:11 Azərbaycan futbolunda yayın ən bahalı transferləri - SİYAHI  |     14:07 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik  |     13:49 Rusiya ordusu Ukraynda bir kəndə nəzarəti təmin edib  |     13:29 Sabah 33 dərəcə isti olacaq  |     13:15 Azərbaycan neftinin qiyməti 120 dolları ötdü  |     13:11 İş adamı qəfil vəfat etdi  |     13:02 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq  |     23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi

20.11.2024 14:18 1 533
Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi
Azərbaycanda hərbi xidmətdən yayınan daha bir gənc cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Ağsu rayonunda baş verib.

Ağsu Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə rayon sakini 2006-cı il təvəllüdlü Həsən Əhmədova (ad-soyad şərti) 4 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 21.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, 2024-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağsu Rayon Şöbəsi H.Əhmədova hərbi xidmətə getmək üçün çağırış vərəqəsi göndərib. O, tibbi müayinədən keçirilərkən sinəsində "ATA" ifadəsi yazılmış döymə aşkarlanıb. Bununla bağlı olaraq o, Mingəçevirdəki rayonlararası psixonevroloji dispanserə göndərilib. Buradakı müayinələr zamanı 18 yaşlı gəncin hərbi xidmətə yararlı olması və psixoloji probleminin olmadığı müəyyən edilib.

Daha sonra Həsən Əhmədov təyinatı üzrə hərbi hissəyə göndərilib. Lakin orada onurğa nahiyəsində skolioz şübhəsi ilə bağlı geri qaytarılıb. SHXÇDX-nin Ağsu Rayon Şöbəsinin əməkdaşları bu dəfə onu Bakıdakı xəstəxanaya apararaq müayinə etdirib. Burada da çağırışçının həqiqi hərbi xidmətə yararlı olmasına rəy verilib. Bundan sonra ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilib və aprelin 30-u hərbi hissədə olması bildirilib.

Aprelin 29-da xidmət əməkdaşları telefon vasitəsilə H.Əhmədovla əlaqə saxladıqda o, qollarını ülgüclə doğradığını, qan içində olduğunu və hərbi xidmətə getmək istəmədiyini bildirib.

Bununla bağlı olaraq gənc yenidən müayinə etdirilib və qolunda kəsiklər aşkarlanıb.

Xidmət tərəfindən prokurorluğa müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 19 yaşlı Ramin Osmanov da (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırdığı üçün həbs olunub.скачать dle 11.3
Mojo.az Banner