Sumqayıtda arvadını yatağda boğan şəxsin məhkəməsi başlayıb
Median.Az xəbər verir ki, bu il yanvarın 10-da Sumqayıt ŞPİ-nin əməkdaşları Birləşmiş məhəllədə (7-8-12 məhəllə) yerləşən mənzildə yaşayan Leyla Axundovanın (1991-ci il təv.) meyiti yataq otağında aşkar edilib. Məlum olub ki, qadın əri Şamil Axundov tərəfindən qısqanclıq zəminində
qətlə yetirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Axundov saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş baxışa verilib.