"20 Yanvar" stansiyasında oğurluq edən Sumqayıt sakini saxlanılıb
Median.Az xəbər verir ki, Metropolitndə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də metronun “20 Yanvar” stansiyasının platformasında R.Şəmiyevaya məxsus, içərisində 160 manat və sənəd olan pul kisəsini oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
