Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİ

06.05.2019 13:18 2 418
Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİ
İyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.

Bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, qeyri-müəyyən səbəblərdən Ermənistan və Lüksemburq yığmaları Bakı-2019-a qatılmayacaqlar. Nəticədə Azərbaycanda baş tutacaq yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.

Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışdan çəkilib: "Lüksemburqu biz də hələ tam dəqiqləşdirməmişik. Sadəcə hansısa səbəblərə görə qatılmayacaqlar. Bu, Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin iclasının sonlarında bilinəcək. Ermənistanla bağlı məsələyə gəldikdə, yarışla bağlı öncədən müəyyənləşdirilən son tarix bitib. Nə Avropa Olimpiya Komitəsi, nə də biz heç bir təzyiq göstərmək fikrində deyilik. O mənadakı, gəlin, iştirak edin. Avropa Olimpiya Komitəsinə üzv ölkələrdən könüllü kim istəyir, gəlib iştirak edirlər”.

A. Rəhimov vurğulayıb ki, ermənilər Bakı-2019-la bağlı heç bir tədbirə də qatılmayıblar: "Bu gün şef-de-missionların iclası keçirilir. Ondan öncə 2 dəfə Koordinasiya Şurasının toplantısı baş tutub. Burada çox mühüm bir sual var. Hər bir nümayəndənin də sualı olur. Bu, yığma komanda, yerləşmə, nəqliyyat və digər məsələlərlə bağlıdır. Bu günədək bütün yarışlar, məsələn, voleybol və ya həndbolu götürək. Komandaların adları, siyahıları həll olunub. Püşkatma mərasimi də keçirilib. Bundan sonra Ermənistan və ya Lüksemburq gəlib desə ki, mən də yarışa qatılmaq istəyirəm, onlara görə bütün sistemi dəyişə bilmərik. Ona görə ki, kifayət qədər vaxtımız yoxdur. Komanda idman növlərində Ermənistan deyil, digərləri də olsa qatıla bilməyəcəklər. Bu səbəblərdən yarışa 50 deyil, 48 ölkə qatılacaq”.

Festival 10 idman növü üzrə keçiriləcək. Bunlar arasında basketbol, həndbol, voleybol kimi komanda idman növləri ilə yanaşı, gimnastika, atletika, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş kimi fərdi növlər də yer alıb. Nazirin sözlərinə görə, Ermənistan və Lüksemburq müraciətlər etsələr, bəzi istisnalar mümkündür: "Ancaq fərdi idman növləri ilə bağlı Avropa Olimpiya Komitəsindən müraciət olsa, bunu istisna hal kimi müzakirə edə bilərik. Baxarıq ki, belə olan halda tədbirin təşkilində bizim üçün hansı risklərin əmələ gəlir”.

Qeyd edək ki, yarışlar 12 idman obyektində keçiriləcək yarışda 3600-ə yaxın idmançının iştirakı gözlənilir.скачать dle 11.3
Mojo.az Banner