Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər - CİNAYƏTİN TƏFƏRRÜATI

03.05.2019 13:24 3 151
Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər - CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən Şəmkir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Median.Az
bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayramlı kəndində yaşadığı evdə güllələnərək öldürülən 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov Ədliyyə Nazirliyinin işçisi olub. O, Gəncədə yerləşən həbsxanada nəzarətçi vəzifəsində çalışırmış. Hələlik hadisənin kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə törədilməsi məlum deyil.

İlkin araşdırmalar zamanı məlum olub ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. Yaxınları onun silahının olmadığını və intihar ehtimalını inkar ediblər.

Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin director müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.

Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Qətlə yetirilən oğlanın dayısı qızı isə kənd bələdiyyəsinin sədridir.скачать dle 11.3
Mojo.az Banner