Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Küçədə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayıb

03.05.2019 12:18 3 950
Küçədə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Xosrov Məmmədovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, qətl ötən il oktyabrın 7-də Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, Xosrov Məmmədov mübahisə zamanı keçmiş həyat yoldaşı Əfsanə Məmmədovanı (1985-ci il təv.) bıçaqlayıb. Nəticədə qadın kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib.

Həmin gün Məmmədov Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, o cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib.

İstintaqın gedişatına məlum olub ki, Xosrov və Əfsanə bir müddət əvvəl boşanıblar, onların bir övladı olub. Boşanmasına baxmayaraq kişi qadından əl çəkməyib və onu cinsi əlaqəyə girməyə məcbur edib. Bununla bağlı Əfsanə Məmmədova Xətai RPİ 37-ci polis bölməsinə müraciət edib. Bundan qəzəblənən Xosrov Məmmədov bıçaqla silahlanaraq Qaraçuxur qəsəbəsinə gəlib və qadını qəsdən həyatdan məhrum edib.

Hazırlıq iclasında təqsiriləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış mayın 10-na təyin olunub.

Son xəbərlər