Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

“Land Cruiser”lə 9 maşını əzən “sürücü”nün kimliyi bəlli oldu

02.05.2019 14:20 4 147
“Land Cruiser”lə 9 maşını əzən “sürücü”nün kimliyi bəlli oldu
Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində "Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən sərxoş "sürücü”nün kimliyi müəyyənləşdirilib.

Median.Az
xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-a bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb:

"Bu, həmin ərazidə kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir. Müayinə zamanı Sənan Kərimovun sərxoş olduğu müəyyənləşib. Hazırda Binəqədi rayon Polis İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

O.Mansurzadə qeyd edib ki, hadisə zamanı 9 nəqliyyat vasitəsi zərər görüb:

"Nəqliyyat vasitələrinə dəymiş zərər müəyyən edildikdən və araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

DİN rəsmisinin sözlərinə görə, maşınları əzən "Land Cruiser” avtomobilinin sahibi xaricdə yaşayır:

"O, avtomobilin açarlarını qonşusuna həvalə edərək, müəyyən vaxtlarda mühərrikin işə salmağı xahiş edib. Sənan Kərimov da bundan istifadə edərək belə xoşagəlməz hadisəni törədib”.

Qeyd edək ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəydiyi bildirilir. Əzilən avtomobillərin arasında son model "Land Cruiser”, "X-Trail”, "Passat”, "Range Rover”, "Mercedes”, "Niva” və s. var.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, "Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir. Avtomobilin sahibi Rafiq adlı şəxsin Türkiyədə yaşdığı qeyd edilir.


Son xəbərlər