Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 29 nəfərin xəsarət aldığı avtobus qəzasına görə hər iki sürücü həbs edildi

30.04.2019 19:48 2 103
Bakıda 29 nəfərin xəsarət aldığı avtobus qəzasına görə hər iki sürücü həbs edildi
Bakıda marşrut avtobusunun "Man" markalı yük avtomobili ilə toqquşması ilə bağlı şübhəli şəxs qismində saxlanılan hər iki sürücü həbs olunub.

Median.Az
bildirir ki, Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 27-də Xəzər rayonu ərazisində "Man" markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili ilə 171 saylı xətt marşrutu üzrə hərəkət edən "Daevoo" markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmasında şübhəli bilinən sürücülər - 1988-ci il təvəllüdlü Rauf Dadaşov və 1969-cu il təvəllüdlü Hüseyn Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.

Xəzər rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 27-də Bakının Xəzər rayonu ərazisində Mərdəkan-Bakı avtomobil yolunda "Man" markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili həmin istiqamətdə hərəkət edən "Daevoo" markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan 29 nəfər şəxs xəsarətlə xəstəxanaya gətirilib, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner