Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Nə? Harada? Nə vaxt?" çempionatı Bakıda keciriləcək

29.04.2019 21:50 4 691
"Tərəqqi" medalı ilə təltif edilən “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvləri Elman Talıbov və Balaş Qasımov Prezident İlham Əliyevə təşəkkür ediblər.

Təşəkkür məktubunda deyilir:

"Uzun illərdir məmnuniyyətlə məşğul olduğumuz fəaliyyətimizə verilən yüksək qiymətə görə cənab Prezidentə minnətdarlıq etmək istərdik.

Bütün bu illər ərzində biz cənab Prezidentin qayğı, dəstək və diqqətini hiss edirik.

Məhz onun təşəbbüsü ilə "Nə? Harada? Nə vaxt?" oyunu üzrə ilk 3 dünya çempionatı (2002-2004), Bakıda Millətlır Kuboku, televiziya klubları arasında dünya çempionatları, 2014-cü ildən dünyanın ən yaxşı bilicilərinin iştirak etdiyi, Azərbaycan Prezidenti kuboku uğrunda Breyn Rinq oyunu keçirilir.

Bütün bunlar Bakının dünyada bilicilərin intellektual mərkəzlərindən birinə çevrilməsinə təkan vermişdir. Qeyd etmək istərdik ki, cənab Prezidentin təşəbbüsü ilə bu ilin 7-8 sentyabrında biz yenidən "Nə? Harada? Nə vaxt?" üzrə Dünya Çempionatını qəbul edəcəyik.

Bizi dəstəkləyən, uğurlarımıza öz uğuru kimi sevinən hər kəsə təşəkkürlər! Gələcəkdə də beynəlxalq səviyyədə Azərbaycanı layiqincə təmsil etməyə, yüksək etimadı doğrultmağa çalışacağıq.

Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk!

Son xəbərlər