Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Avstraliya hökuməti 2 milyon pişiyin öldürülməsinə qərar verib

26.04.2019 22:31 2 456
Avstraliya hökuməti 2 milyon pişiyin öldürülməsinə qərar verib
Avstraliya hökuməti vəhşi pişiklərə qarşı “müharibə” elan edib.

Median.Az
“CNN”ə istinadən xəbər verir ki, 2020-ci ilədək ölkədə 2 milyon pişiyin öldürülməsi planlaşdırılır. Pişiklər qitəyə 17-ci əsrdə gətirilib. Onlar indiyədək 20 növ məməlinin nəslinin tükənməsində ittiham edilirlər. Bu səbəbdən hər bir ştat vəhşi pişiklərə qarşı özünün mübarizə formasını müəyyən edib. Kvinslenddə hər cəsədə 7 dollar təyin edilib.

Qərbi Avstraliya ştatında isə təyyarələr göydən zəhərli sosiskalar tökürlər. Qonşu Yeni Zelandiya da pişiklərin artmasının qarşısını almağa çalışır. Hətta 2050-ci ildə onların tamamilə öldürülməsi planlaşdırılır.

Son xəbərlər