Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xətai rayonunda qardaşları bıçaqlayan ata və oğulun məhkəməsi başlayıb

26.04.2019 17:01 4 526
Xətai rayonunda qardaşları bıçaqlayan ata və oğulun məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan Əzimovun CM-nin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, ötən ilin sentyabr ayında Mübariz Əzimov və oğlu Ruslan Xətai rayonunda borc üstündə Eltən Rüstəmov və onun qardaşı Elçin Rüstəmovu mübahisə zamanı bıçaqlayıblar və hadisə yerindən qaçıblar. Hər iki yaralıya xəstəxanada tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Sentyabrın 26-da DİN-i məlumat yayıb ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində axtarışda olan Mübariz Əzimov və oğlu Ruslan könüllü istintaqa təslim olublar.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış mayın 1-nə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner