Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iyrənc mənzərə - Yağ əriyir ətrafa üfunət yayılır - VİDEO

25.04.2019 23:59 1 736
Bakıda iyrənc mənzərə - Yağ əriyir ətrafa üfunət yayılır - VİDEO
Bakının Sabunçu rayonunda istifadə müddəti bitmiş kərə yağlarını yaşayış sahəsində yolun kənarına tullayıblar. Sakinlər deyir ki, bir neçə gündür davam edən bu mənzərə onları narahat edir. Yağ əriyir, üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır.

İstifadə müddəti bitmiş kərə yağları yaşayış sahəsinin yaxınlığına tullanıb.

Görüntülər Sabunçu rayonu 2 aprel küçsi 4 cü mədən kimi tanınan ərazidəndir.Yaxınlıqda yaşayan sakinlər deyir ki,bir neçə gündür kimlərsə onların evlərinin yaxınlığına istifadə müddəti keçmiş yağ məhsullarını tullayır.

Sakinlər deyir ki,havalar isinən kimi ətrafı üfunət iyi bürüyür.Tullanmış kərə yağına yığışan sahiblərin itlərinin əlindən isə küçəyə çıxa bilmirlər.

Məsələylə bağlı qida təhlükəsizliyi agentiliyindən bildirdilər ki, istehlaka yararsız qida məhsullarının məhvetmə prosesi qaydalara uyğun, ətraf mühiti çirkləndirmədən vəsanitar-epidemioloji salamatlığa xələl gətirmədən həyata keçirilməlidir. Həmçinin sanitar-epimeoloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilmədən əvvəl zərərsizləşdirilməlidir. Yeyinti məhsulları yalnız qanunla müəyyən edilmiş yerlərdə və texniki-normativ sənədlərin tələblərinə uyğun qaydada məhv edilə bilər. İstehlaka yararsız yeyinti məhsullarının açıq şəkildə, yaşayış sahələrinə yaxın, qanunla müəyyən edilməmiş qaydada məhv edilməsiisə yolverilməzdir.Sahibkarların öhdəliyində istehlaka yararsız qida məhsulları olduqda onların məhvedilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Agentlik məhvetmə prosesinin qaydalara uyğun aparılması üçün onlara hər cür metodiki köməklik göstərə bilər.скачать dle 11.3
Mojo.az Banner