Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

İçərişəhərdəki ajiotajla bağlı yeni VİDEOFAKTLAR: Sökülüb, yoxsa bərpa edilib?

25.04.2019 15:49 3 009
İçərişəhərdəki ajiotajla bağlı yeni VİDEOFAKTLAR: Sökülüb, yoxsa bərpa edilib?
Son bir neçə gündür ki, sosial şəbəkələrin əsas gündəm mövzusu İçəri Şəhərdəki qala divarlarının sökülərək yerində restoranların tikilməsidir. Sözgedən iddia geniş ajiotaja səbəb olub.

Bu barədə "İçərişəhər” DTMQİ icitmaiyyətə yeni faktlar təqdim edib. Məlumatda deyilir:"İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilmişdir. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir.

"İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirmiş və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görmüşdür. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanmışdır. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz".


скачать dle 11.3
Mojo.az Banner