Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqif Əsədovdan jurnalistin şikayətinə MÜNASİBƏT

23.04.2019 19:33 2 688
Vaqif Əsədovdan jurnalistin şikayətinə MÜNASİBƏT
“Yol polisi əməkdaşı yanlışlığa yol verərsə, törətdiyi xətaya görə barəsində tənbeh tədbiri həyata keçirilir”.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, yol polisi əməkdaşının tərtib etdiyi protokol qeyri-qanuni olarsa, protokol ləğv olunur.

"Əgər vətəndaş narazılıq edirsə, vətəndaşın şikayəti yerindəcə araşdırılır. Qanun icazə verir ki, vətəndaşın iştirakı ilə tərtib olunan protokoldan 10 gün müddətində şikayət etsin.

Ehtimal olaraq texniki vasitə olduğu üçün hər hansı yanlışlıq baş verə bilər. Vətəndaşın şikayət ərizəsinə baxılıb aydınlaşdırdıqdan sonra həqiqətən də nöqsan olarsa, lazımı tədbir görülür.

Əgər tərtib olunmuş protokol qeyri-qanuni olarsa, təbii ki, protokol ləğv olunur. Yol polisi əməkdaşı yanlışlığa yol verərsə, barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbiri həyata keçirilir".

Qeyd edək ki, jurnalist Zülfüqar Xeyirxəbər şəxsi “Facebook” hesabında Dövlət Yol Polisi tərəfindən sürət həddi 120 km/saat olan yolda 118 km/saatla hərəkət etdiyi halda, "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələndiyini yazıb. Jurnalist protokoldan şikayət edib.//Baku.ws

скачать dle 11.3
Mojo.az Banner