Mojo.az — elanlar
Son Xəbərlər
13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən AÇIQLAMA - "1 MANATLIQ" TAKSİLƏRLƏ BAĞLI

16.08.2018 15:32 5 406
Yol polisindən AÇIQLAMA -

Yolunuz azı bir dəfə Xırdalan, Masazır, Sumqayıt və Hövsana düşübsə, el arasında “1 manatlıq” adlanan taksilərlə mütləq qarşılaşmısınız deməkdir.


Daha çox metronun 20 Yanvar və 28 May stansiyalarının yaxınlığında yerləşən bu taksilər qeyd olunan istiqamətlər üzrə sərnişin daşıyırlar. Məsələni problemə çevirən məqam isə istənilən şəxsin bu xidməti həyata keçirə bilməsidir.

Median.Az bildirir ki, qeyd olunan məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakışəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanlar yalnız Bakı Nəqliyyat Agentliyinin yaratdığı şərait üzrə hərəkət etməlidir:

“Yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin sürücüsü hər hansı bir xətaya yol verirsə, yol polisi tərəfindən protokol tərtib edilir, edilmiş protokol əsasında sürücü cərimələnir. Beləliklə, xətaların qarşısı alınır. Eyni zamanda, təbliğat işləri aparılır, Kütləvi İnformasiya Vasitələrində məlumat yayılır. Kimsə qeyri-qanuni 1-2 manatlıq taksi xidməti ilə məşğul olursa, yaxşı hal deyil. Taksi fəaliyyəti ilə məşğul olanlar yalnız Bakı Nəqliyyat Agentliyinin yaratdığı şərait üzrə hərəkət etməli, sərnişindaşıma ilə məşğul olmalıdır. 1-2 manatlıq taksilər Yol hərəkəti haqqında Qanunun tələbini pozursa, bu, yol polisi tərəfindən aşkarlanır və inzibati məsuliyyətə cəlb edilir. Bu gün Bakı şəhəri üzrə müsbət göstəricilər bu ifadəni söyləməyə əsas verir. Ən azından yol polisinin məqsədli və davamlı keçirdiyi tədbirlər yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasına birbaşa təsir göstərir. Əvvəllər metronun Əzizbəyov stansiyasında da bu kimi hallara rast gəlinirdi. Müəyyən tədbirlər görüldükdən sonra onun qarşısı alındı”.

Son xəbərlər