Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Altı dəqiqə ərzində həm BNA, həm polis - Cərimə Yazdı (FOTO)

30.09.2021 13:02 4 581
Altı dəqiqə ərzində həm BNA, həm polis - Cərimə Yazdı (FOTO)
Bakı şəhər sakininə avtomobilin dayanma qaydalarını pozduğuna görə altı dəqiqə ərzində həm Bakı Nəqliyyat Agentliyi (BNA), həm də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cərimə yazıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, vətəndaş Səidə Hüseynova bildirib ki, sentyabrın 22-də, saat 14:53-də avtomobili Süleyman Rəhimov:191 ünvanında park edib: “İlk olaraq həmin dəqiqədə BNA, sonra da yol polisi saat 14:59-da protokol tərtib edib. Yol polisi cəriməni yazanda BNA tərəfindən eyni cərimə protokolu artıq təxminən 5 dəqiqə əvvəl yazılmışdı. Mən avtomobili heç yerə sürməmişdim. Qanuna görə avtomobili heç yerə sürmürsənsə, o zaman bir protokol tətbiq olunmalıdır”.
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, bu hal qanunsuzdur: “Protokollara diqqətlə baxıldığı zaman görünür ki, ilk cəriməni BNA yazıb. İkinci cərimə polis tərəfindən yazıldığı üçün məsləhətdir ki, vətəndaş DYP-yə müraciət etsin və cəriməsi silinsin”.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, vətəndaşa yazılan protokol ləğv olunacaq: “Bu məsələ ilə rastlaşan hər bir vətəndaş bilməlidir ki, bununla bağlı sivil yol var. Birbaşa protokolun icrasını həyata keçirən struktura DYP-yə yönlənmiş Asan Pay xətti var. Bu hal baş verdikdə, müraciət edildiyi zaman dərhal protokol ləğv olunur”.



скачать dle 11.3
Mojo.az Banner