Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

2050-ci ilə kimi Günəş yeganə enerji mənbəyi olacaq

19.04.2019 23:11 2 941
2050-ci ilə kimi Günəş yeganə enerji mənbəyi olacaq
Finlandiyalı və almaniyalı alimlər hökumətlərin iqlim dəyişikliklərinə qarşı ciddi mübarizəyə başlayacaqları halda bu əsrin ortasına kimi energetika sahəsinin hansı istiqamətdə gedəcəyini hesablaylblar. Alimlərin gəldikləri nəticə eynidir: Artıq varolan texnologiyalar vasitəsilə qazıntı yanacaqlardan tam imtina mümkündür. Bu barədə Hightech.plus saytı xəbər verib. Finlandiyalı və almaniyalı mütəxəssislərin hesablamalarına əsasən yaxın onilliklər ərzində bərpa olunan enerji sahəsini ciddi yüksəliş gözləyə bilər.

Median.Az technote.az-a istinadən bildirir ki, 2050-ci ilə kimi Günəş Yer planetinin sərf etdiyi enerjinin 69%-ni generasiya edəcək. Yerdə qalan 31% isə külək enerjisi və digər bərpa olunan enerji üsullarının üzərlərinə düşəcək. Mütəxəssislərin bu bəyanatları proqnoz deyil ssenaridir. Bu ssenarinin yerinə yetirilməsi halında iqlim dəyişikliyi krizisini aradan qaldırmaq və əsrin ortasına kimi dünya energetikasını tamamilə bərpa olunan energetik sahəsinə keçidini reallaşdırmaq mümkün olacaq. Alimlər güman edirlər ki, yeni sistemə keçidin əsas başlanğıcı ilkin enerji sərfiyatının elektrikləşdirilməsi olacaq. Bura ilk növbədə nəqliyyat daxildir. Ən kütləvi və ucuz eneji mənbəyi Günəş olacaq.

Külək enerji ehtiyacının 18%ni, biokütlə 6%-ni, hidroenergetika 3%-ni, geotermal energetika isə 2%-ni qarşılayacaq. Ümumilikdə 2050-ci ilə kimi bərpa olunan enerjinin payına ilkin enerji hasil edilməsinin 90%- düşəcək. 2015-ci ildə bu göstərici 22% idi. Elektroenergetika sahəsində Günəş qurğuları 73% enerji hasil edəcəklər. 2030-cu ilə kimi külək enerjsinin payı ilk öncə 43%-ə yüksələcək. Lakin daha sonra onun pay göstəricisi 20%-ə enəcək. Mütəxəssislər həmçinin irimiqyaslı şəkildə enerji saxlama sistemlərinin yayılmasını da gözləyirlər. Bu cür sistemlər vasitəsilə enerji sərfiyyatının 23%-i təmin olunacaq. 2030-cu ilə kimi elektroenerjinin balanslaşdırılmış qiyməti bir qədər aşağı düşəcək (54 avrodan 53 avroya kimi). Digər müsbət iqtisadi effektlər də gözlənilir. Məsələn Günəş energetikası sahəsində 22 milyon yeni iş yerinin yaradılması.

Alimlər tərəfindən təqdim olunmuş bu hesabatın əsas məğzi ondan ibarətdir ki, artıq indi varolan texnologiyalar vasitəsilə əsrin ortasına kimi dünya energetikasını bərpa olunan enerji sahəsinə keçirdərək iqlim temperaturunun 1.5 dərəcə istiləşməsinin qarşısını almaq olar. Lakin bunun üçün hökumətlər bir sıra vacib qərarlar qəbul etməlidirlər. Onların sırasında qazıntı yanacaqların əldə olunması üçün olan subsidiyaların ləğvi, günəş və külək energetikası sahəsindəki böyük layihələr üçün güzəştlərin təqdim olunması və s. var. Mütəxəssislər əmindirlər ki, çoxlu sayda dövlətlərin iqlim dəyişiklikləri ilə ciddi mübarizəyə start verəcəkləri halında Shell və BP kimi böyük neft şirkətlərinin qiymətiəri 95% aşağı düşəcək. Hər halda insan sivilizasiyası bu cür halda əksinə müsbət nəticələr qazanacaq.скачать dle 11.3
Mojo.az Banner