Mojo.az Banner
12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ölümə aparan 63 yaşlı körpü – FOTO + VİDEO

18.04.2019 15:32 3 228
Bakıda ölümə aparan 63 yaşlı körpü – FOTO + VİDEO
Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsin piyada körpüsündə təhlükəli vəziyyət yaranıb.

Bu barədə qəsəbə sakinləri Baku.ws-ə şikayətlərində bildiriblər. Qeyd edilir ki, Biləcəri dəmir yolu stansiyasının üzərindən keçən 300 metrlik piyada körpüsündən keçmək sakinlərin həyatı  üçün təhlükəlidir.

“Gündə yüzlərlə insan bu körpüdən keçir. Yağışlı və küləkli havalarda insanlar üçün çox çətinlik yaradır bu körpü ilə getmək”, - deyə Əli Əliyev adlı sakin bildirib.


Qeyd edək ki, körpünün üstü açıq olduğu üçün vəziyyət daha da təhlükəlidir. Hətta həmin körpünün üstündən bir neçə dəfə özünü atanlar olub.

“Kürpünün kənarından yüksək gərginlikli elektrik kabelləri keçir. Bu da sərnişinlərin həyatı üçün olduqca təhlükəlidir”, - deyə Kamil Əvəzov adlı vətəndaş bildirib.

Sakinlər onu da deyirlər ki, əvvəlcə körpünün əsaslı təmir olunacağı və üstünün bağlanacağı barədə danışılsa da, sonradan bu barədə müzakirələr dayandırıldı.


Qeyd edək ki, sözügedən piyada körpüsü 1956-cı ildə istismara verilib. Həmin ildən bu günə qədər kiçik kosmetik düzəlişlər istisna olunmaqla, körpü əsaslı təmir edilməyib.

Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq.


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Baku.ws-ə bildirilib ki, Biləcəri stansiyasındakı 2644-cü km-də yerləşən piyada keçidi körpüsü 1956-cı ildə istismara verilib.

“Körpünün ümumi uzunluğu 299,48 metrdir. Son illərdə piyada keçidi körpüsünün kənd tərəfdə olan hissəsində 1 ədəd kosour enmə pilləkənləri ilə birlikdə sökülərək rekonstruksiya  işləri aparılıb.

Hazırda körpünün vəziyyəti kafidir. Gələcəkdə körpüdə rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur”, - deyə Sevinc Qədirova bildirilib.


Görünür həmin körpüdə hansısa bədbəxt hadisə baş verməyənə qədər yaranmış təhlükəli vəziyyət aradan qaldırılmayacaq. Hansısa bədbəxt hadisə baş verəndən sonra rəsmi qurumlar başlayacaq hay-küy salmağa.


скачать dle 11.3
Mojo.az Banner