Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Faiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir? - VİDEO

15.04.2019 20:56 3 054
Faiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir? - VİDEO
"Kazbekə şey basım, zırlanım"ın müzakirəsi bitməmiş daha bir bayağı musiqi - "otduşi" ley-pey, bomba kayfda" ortalığa çıxıb. Gənclər kamera önünə keçib, bu "mahnı"nı oxuyub, rəqs edirlər. Daha bir bayağı mahnı və ifa gündəm olub.

Qeyri-sağlam yaşam tərzini mahnılarında əks etdirənlər cəmiyyətin həssas üzvləri - gənclərin mənəviyyatına beləcə zərbələr endirirlər.

Ziyalılar və sənət adamları tərəfindən ədəbsiz və jarqon ifadələrin yer aldığı mahnılar qınanılsa da, ifaçılar tənqidlərdən nəticə çıxarmaq istəmirlər.

Median.Az xəbər verir ki, Oxu.az-ın əməkdaşı bununla bağlı Xalq artisti Faiq Ağayevin fikirlərini öyrənib.

O, internetdə bunun qarşısını almağın mümkün olmadığını deyib:

"İndi işimizi-gücümüzü ataq, gedək, o insanların boğazından yapışaq? Alınmır. Biz azad ölkədə yaşayırıq. Tövsiyə oluna bilər ki, televiziya kanallarımız, radiolar bu cür mahnıların yayımını dayandırsın. Elə insanların efirə dəvət olunmasını dayandırsın. Amma azad internetlə nə edəcəksiniz?

İnsanların daxilində öz senzurası olmalıdır ki, mən bu işə əl atmayım. Bu yaxınlarda narkotiklə bağlı bir mahnı çıxdı və mahnının ifaçısı saxlanıldı. Mən sosial şəbəkədə öz rəyimi yazdım ki yaxşı olardı ki, mahnının aranjimançısı və studiya rəhbəri də məsuliyyətə cəlb olunsun.

Çünki bu bilavasitə mənəviyyatımıza zərbədir. Deyirlər, hansı xalqı məhv etmək istəyirsinizsə, ilk növbədə onun mədəniyyətindən başlayın. Bu kimi ifalar və mahnılar bizim mənəviyyatımızın sıfırlanmasıdır".

Xalq artisti gənc qızların bu kimi mahnıları dinləməsini pisləyib, onların valideyinlərinə səslənib:

"Baxıb görürəm ki, bu kimi mahnılara daha çox gənc xanımlar, qızlar qulaq asıb, rəqs edirlər. Mən buna qarşıyam, tamaşaçılarımızın əksəriyyəti də qarşıdır. Bəs bu valideynlər görmürlər ki, onların qızları nələr edir? Narkotikanı təbliğ edən mahnıların sədaları altında qızlar rəqs edir. Demirəm, tutub döysünlər. İzah etsinlər ki, olmaz".скачать dle 11.3
Mojo.az Banner