Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronun icra başçısı sabah toy olacaq evi uçurtdu - Cehizlər qırıq-qırıq oldu (FOTO)

12.04.2019 17:42 5 226
Abşeronun icra başçısı sabah toy olacaq evi uçurtdu - Cehizlər qırıq-qırıq oldu (FOTO)
Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin evini uçurdublar, yerlə-yeksan ediblər.

Bu barədə jurnalist İlkin Pirəli sosial şəbəkədə məlumat verib. 

Dağıldılmış evin görüntülərini paylaşan jurnalist sabah gəlin gələcək gəlinin cehizlərinin - qablarının və divanın qırıldığını qeyd edib. 

Evin uçurulmasına sənədlərin qaydasında olmadığı əsas gətirilib. 

Evi dağıdılan ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar.

İ.Pirəli deyir ki, ev Abşeronun icra başçısı İradə Gülməmmədovanın tapşırığı ilə uğurdulub: 

"Ailə 1999-cu ildən həmin evdə yaşayır və sənədlər də qaydasındadır. Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!" - jurnalist əlavə edib.















Mənbə: Baku.wsскачать dle 11.3
Mojo.az Banner