Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Bir sıra beynəlxalq şirkətlər Azərbaycanda korporativ kibertəhlükəsizlik həlləri ilə məşğul olacaq

09.04.2019 21:36 2 226
Bir sıra beynəlxalq şirkətlər Azərbaycanda korporativ kibertəhlükəsizlik həlləri ilə məşğul olacaq
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan iki magistral (backbone) internet provayder şirkətindən biri olan “AzerTelecom” dünya üzrə tanınmış və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan “Trend Micro”, “Symantec”, “ESET”, “Quest” və “One İdentity” şirkətlərinin rəsmi tərəfdaşı statusunu əldə edib. Median.Az-ın report-a istinadən məlumata görə, qeyd olunan tanınmış şirkətlərlə tərəfadaşlıq “AzerTelecom” şirkətinin korporativ müştərilərə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində həllərin təqdim olunmasına şərait yaradır.

“Bu qlobal şirkətlərlə tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” onların təqdim etdiyi qabaqcıl kibertəhlükəsizlik həlləri ilə korporativ müştərilərin sistemlərini, şəbəkə və proqram təminatlarını müxtəlif rəqəmsal hücumlardan qorusun və beləliklə də müştərilərin biznesinin daha təhlükəsiz və etibarlı şəkildə fəaliyyətinə öz töhfəsini versin. Hazırda dünya üzrə informasiya təhlkəsizliyi məsələlərinə mühüm diqqətin göstərilməsi fonunda “AzerTelecom” şirkəti kibertəhlükəsizliyin təmin edilməsi sahəsində müştərilərə keyfiyyətli həllərin və ən son yanaşmaların təqdim olunmasını öz fəaliyyətində əsas tutur.

Belə ki, dövrümüzdə effektiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi xüsusilə çətinləşir, çünki hər gün müxtəlif cihaz və hücum platformaları daha da təkmilləşir. “AzerTelecom” tərəfindən təqdim olunan həllər şirkətlərə təhlükəsizlik sahəsində qarşılaşdıqları çağırışlara dövrün tələblərinə uyğun effektiv cavab verməyə imkan verir. Onu da qeyd edək ki, “AzerTelecom” şirkətinin Kommersiya departamentinin əməkdaşları kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış təlimlərdə də iştirak edərək müvafiq sertifikatlara yiyələniblər” – deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, “Bakcell” şirkətinin törəmə müəssisəsi olan “AzerTelecom” şirkəti 2008-ci ildə təsis edilib. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.скачать dle 11.3
Mojo.az Banner