Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan səfiri: "9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir"

09.04.2019 21:25 4 464
Gürcüstan səfiri:
"9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir".

Median.Az
report-a istinadən xəbər verir ki, bunu 9 Aprel Tbilisi hadisələrinə həsr olunan fotosərgidə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

“Gürcülərin böyük faciəsindən 30 il ötür. Ölkəmizin gələcəyi naminə, müstəqilliyi naminə günahsız insanlar həlak olublar. Bu faciə həm də qürur yerimizdir. Baş verən hadisədən iki il keçəndən sonra Gürcüstan müstəqilliyini elan etdi”, - deyə qeyd edən diplomat Azərbaycanla Gürcüstanı eyni ağrı-acı birləşdirdiyini dilə gətirib.

"1990-cı ilin 20 yanvar günü Sovet İttifaqının totalitar rejimi azadsevər Azərbaycan xalqına divan tutub. Tbilisiyə nisbətən Bakıda qurbanların sayı daha çox olub. İndi biz onların unudulmaması, xatirəsinin daim yaşaması üçün hər şey etməliyik. Övladlarımız millətin qəhrəmanlarını tanımalı və yad etməlidirlər", - səfir vurğulayıb.

Qeyd edək ki, 9 aprel 1989-cu il tarixində Tbilisi şəhərinin mərkəzində Sovet ordusunun Gürcüstanın müstəqilliyinin tərəfdarlarının kütləvi mitinqinə amansızlıqla hücum etməsi nəticəsində aralarında 16 qadın olmaqla 21 nəfər həlak olmuş, 290 nəfər xəsarət alaraq əlil olmuş, 300-ə yaxın insan isə xüsusi tərkibli qazla zəhərlənmişdir.

Son xəbərlər