Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

İranda daşqınlar: 70-dən artıq insan həlak olub

06.04.2019 21:19 2 504
İranda daşqınlar: 70-dən artıq insan həlak olub
İran boyunca 3 həftəyə yaxındır ki, davam edən leysan yağışlar ardınca əmələ gələn daşqınlar 70-dən artıq insanın ölümünə bais olub.

Şənbə günü, aprelin 6-da hakimiyyət cənubdakı Xuzistan bölgəsində daha 6 yaşayış məntəqəsinin təxliyəsinə dair qərar qəbul edib.

Bölgə çaylarındakı bəzi bəndlər təzyiqə tab gətirməyə bilər və belə halda tələfatın artması real təhlükədir, rəsmilər xəbərdarlıq edir.

Daşqınlar 10 minlərlə insanın məskunlaşdığı bölgələrə təsir göstərib.

Minlərlə yol, körpü və ev məhv olunub.


Təbii fəlakət 31 bölgədən 24-ünü əhatə edir.

Ən çox tələfat cənubdakı Fars, Xuzistan, qərbdəki Luristan və şimalda yerləşən Gülüstan bölgələrində qeydə alınıb.

İlkin dəyərləndirmələrə görə kənd təsərrüfatına dəyən ziyanın miqyası 47 trilyon riala çatır ($350 mln), İRNA agentliyi Kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Məhəmməd Musaviyə istinadən yaydığı xəbərdə bildirir.


Hökumət itkilərin qarşılanacağını vəd edir.

Təxliyə işlərinə hərbçilər cəlb olunub.

Televiziya daşqın bölgələrində ərzaq, su, yorğan və çadırlara ehtiyac olduğunu bildirir.

Son xəbərlər