Mojo.az Banner
21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |     21:03 İsti hava psixi sağlamlığa ziyandır  |     20:58 "İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər"  |     20:50 Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Video  |     20:45 Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı  |     20:37 Tramp yeni ABŞ pasportunun şəklini paylaşdı  |     20:29 Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?  |     20:22 Xəzərdə 40 min suiti ölüb - Araşdırma  |     20:17 “iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir  |     20:08 Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video  |     20:00 "Tesla" üçün vəziyyət dəyişdi: Avropa satışları kəskin artdı  |     19:55 Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? (VİDEO)  |     19:49 "Ukraynaya məxsus iki MiQ-29 məhv edilib" - Rusiya MN  |     19:42 Xüsusi təyinatlıların birgə təlimi başa çatdı - Video  |     19:34 Hörmüz boğazında neft tankeri zədələndi  |     19:29 Türkiyədə narkotacirlərə qarşı əməliyyat: Saxlanılanlar var  |     19:23 9-cu sinif şagirdi vəfat etdi  |     19:15 İtkin düşən şəxsin meyiti göldə tapıldı  |     19:10 Leandro Andrade “Qarabağ”dan getdi  |    
Left Banner
Right Banner

Məktəblinin intiharı ilə bağlı - RƏSMİ AÇIQLAMA

06.04.2019 18:23 1 703
Məktəblinin intiharı ilə bağlı - RƏSMİ AÇIQLAMA
Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Yayılan birgə məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır”, - məlumatda deyilir.

“Hadisə ilə bağlı şəhər prokurorluğu və şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

Onu da qeyd edək ki, bəzi KİV-lərdə hadisənin baş vermə səbəbləri ilə bağlı insanların heysiyyatına toxunan əsassız məlumatlar yayılır və bu kimi hallar peşəkar media prinsiplərinə ziddir”, - birgə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner