Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

DYP-nin saxladığı direktor müavini Polis Şöbəsində öldü

05.04.2019 14:00 2 253
DYP-nin saxladığı direktor müavini Polis Şöbəsində öldü
DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama verib.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibbi yardım briqadası çağırılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan zaman yolda ürək tutmasından ölüb.

"Ailəsi də (həyat yoldaşı, qızı və oğlu) orada olub və onlar polisdən şikayətçi olmadıqlarını, İ.Yolçiyevin ailəsində irsi olaraq ürək xəstəliyi olduğunu deyiblər", - məlumatda bildirilib.

Qeyd edək ki, İlham Yolçiyev Goranbay rayonu, Elxan Məmmədov adına Goranlı kənd orta məktəbinin direktor müavini olub.скачать dle 11.3
Mojo.az Banner