Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Azərbaycan gözəli" danışdı: "Dövlət qurumunda işləyirəm, modellik isə hobbimdir"

04.04.2019 14:11 4 640
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" yarışmasının qalibi olub. "Azərbaycan gözəli 2019" müsabiqəsi son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunur.

Median.Az
unikal.org-a istinadən adıçəkilən müsabiqənin qalibi Melisa Nuriyeva ilə müsahibəni oxuculara təqdim edir:

- Modelliklə çoxdan məşğulsunuz, yoxsa bu sahədə yenisiniz?

- Mən dövlət qurumunda işləyirəm, modellik sadəcə olaraq mənim hobbimdir. Bu yarışmaya da maraq üçün qatılmışam.

- Müsabiqəyə kiminsə məsləhəti ilə qatıldınız?

- Modellik mənim uşaqlıq arzum olduğuna görə öz istəyimlə bu yarışda iştirak etdim. Hobbi olaraq kliplərə, filmlərə də çəkilirəm.

- Hansı filmlərə çəkilmisiniz?

- Mən dövlət qurumunda işlədiyim üçün vaxtım bir o qədər də çox deyil. Buna görə də baş rola çəkilmək üçün edilən təklifləri qəbul etmirəm. İstəmirəm vaxtımı boş yerə sərf edim.

 - Qalib olandan sonra sizi təbrik edən oldumu?

- Təbrik edənlər çox oldu.Hamı sosial şəbəkədə yazır, zəng edib, təbrik edir.

- Qalib olandan sonra sizi çox müzakirə etdilər. Tənqid edənlərə münasibətiniz necədir?

- Məndə heç vaxt, heç kəsə qarşı paxıllıq olmayıb. Hər kəs öz ürəyinə görə danışır. Mən elə şeylərə fikir vermirəm. Mən onların fikirlərinə  hörmətlə yanaşıram.

- Bəs, beynəlxalq gözəllik yarışmalarına qatılımaq istəyirsiniz?

- Azərbaycan gözəli kimi ölkəmizi xaricdə təmsil edə bilərəm. Mən bütün işimi atıb aylarla, günlərlə xarici ölkələrə getsəm abu mənə sərf etməz. Mənim öz işim var.

- Həmçinin sizin müsabiqədə qalib olduğunuza şübhə ilə yanaşanlar da var. Ümumiyyətlə bu qalibiyyət tapşırıqla olub?

- Orada hər sahə üzrə münsiflər var idi. Onlar mədəniyyət, moda və s. sahələri təmsil edirdilər. Bu onların verdiyi qərardı.Tapşırıq olsaydı öz sahəmdə, yəni dövlət qurumunda yüksək vəzifəyə təyin olunardım.


Son xəbərlər