Mojo.az Banner
23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |     21:07 Leyla Əliyeva Vatikan Apostol Kitabxanasının rəhbəri ilə görüşüb - FOTO  |     21:01 Mahaçqalada atışma oldu - Ölən və yaralanan var  |     20:54 Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq  |     20:49 Hindistanda anbar çöküb - Ölənlər var  |     20:44 Azərbaycanda şagirdlərin sayı açıqlandı  |     20:36 Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub  |    
Left Banner
Right Banner

Aprel döyüşçüləri işlə təmin olunub

03.04.2019 19:14 1 892
Aprel döyüşçüləri işlə təmin olunub
Aprel döyüşlərində iştirak edən 10-a yaxın qazimiz “ASAN Xidmət” mərkəzlərində müvafiq işlərlə təmin olunub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bunu “ASAN Xidmət” mərkəzinin rəhbəri Ülvi Mehdiyev bu gün Konqres Mərkəzində “Vətən bizə əmanətdir” bədii kompozisiyasının təqdimatı zamanı çıxışında qeyd edib.

Bildirib ki, Aprel hadisələri uzun illərdən sonra Azərbaycan xalqında Qarabağa dönüş, qələbəyə inam hissi yaradıb:

“Bu gün üç il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu, uzun illərdən sonra Qarabağa dönüş yaratmış bir qələbədir.

Bu döyüşlərdə işğal altında olan torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Biz bütünlükdə cəmiyyətə, eləcə də, beynəlxalq aləmə bu işğalla barışmayacağımızı sübut etdik. Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik”.

Ü.Mehdiyev “ASAN” ailəsinin şəhid ailələrinə göstərdiyi xüsusi diqqətdən danışıb:

“Aprel döyüşlərində iştirak etmiş, yaralanmış 10 Aprel qazisi “ASAN Xidmət” mərkəzlərində çalışır. Eləcə də, Aprel şəhidlərinin ailə üzvləri “ASAN xidmət” mərkəzlərində müvafiq işlərlə təmin olunub”.скачать dle 11.3
Mojo.az Banner