Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakı Şəhər İcra Hakimiyyəti mitinq və yürüşə icazə vermədi

03.04.2019 17:47 3 453
Bakı Şəhər İcra Hakimiyyəti mitinq və yürüşə icazə vermədi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq və Müsavat partiyasının üzvlərinin yürüş üçün müraciətinə cavab verib.

Bu barədə oxu.az-a BŞİH-dən verilən açıqlamada bildirilib.

BŞİH-dən qeyd edilib ki, Milli Şuranın aprelin 6-sı, saat 15:00-dan saat 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməsinə razılıq verilməyib.

Qeyd edək ki, Müsavat Partiyasının üzvləri də aprelin 7-də küçədə yürüş üçün BŞİH-ə müraciət ediblər.

“Təklif olunan üç istiqamət üzrə yürüş - mitinq marşrutları boyu nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunduğundan həmin gün bu küçələrin bağlanılması tələb olunacaq və nəticədə, tıxacların yaranması, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq.

Həmin gün Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı təyin edilib. Yürüş üçün təklif olunan ərazilərdə əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışları olması ciddi problemlər yaradacaq. Bu da toplantı keçirilməsinin təhlükəsizliyinə təminat vermir”, - deyə BŞİH-dən qeyd edilib.

Son xəbərlər