Mojo.az Banner
19:44 Sabah 37 dərəcə isti olacaq  |     19:38 "Çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib" - İqtisadçı  |     19:30 Bakıda 4 avtomobili talayan şəxs saxlanıldı  |     19:25 Zaxarova Qarabağ müharibəsində yalan məlumatlar yayan ermənidən danışdı  |     19:16 Yük maşını "Lukoil" yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video  |     19:11 Bir qrup usta "Avanqard-Construction'' MMC-dən pullarını ala bilmirlər - İDDİA (VİDEO)  |     19:04 Azərbaycanda bu şəxslər işləmədikləri halda maaş alacaqlar  |     18:33 Bakıda təmir gedən yollar açıqlandı  |     18:28 Elşad Xosedən polisə şikayət olundu  |     18:07 Xameneinin cənazəsi Məşhədə aparıldı - Dəfn olunur  |     17:55 Bakıda küçədə QADIN GÜLLƏLƏNDİ: Keçmiş əri saxlanıldı  |     17:33 Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb  |     17:17 Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - Video  |     17:09 Avtomobil bazarında qiymətlər necədir?  |     17:04 Bu il Azərbaycanda minimum əməkhaqqı artırılacaq?  |     16:59 FHN "Sədərək" MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu  |     16:38 Paşinyan: "TRIPP layihəsi İranın da maraqlarına cavab verir"  |     16:37 Tək yaşayan şəxslərin evlərini hədəf alan dəstə üzvlərinə hökm oxundu  |     16:23 Həbsdən çıxan keçmiş məhbus moped oğurladı, polis yaxaladı  |     16:08 Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)  |    
Left Banner
Right Banner

“Quska”nın məhkəməsi başladı

02.04.2019 19:15 2 429
“Quska”nın məhkəməsi başladı
Bu gün Bakı Hərbi Məhkəməsində keçmiş deputat və biznesmen “Quska” ləqəbli Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Median.Az
-ın xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Sonra Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən H.İbrahimov, Z.Quliyev və P.Kazımovun vəkilləri vəsatət qaldıraraq, onların barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin edib və hər üç şəxs ev dustaqlığına buraxılıb.

Məhkəmə baxışı aprelin 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner