Mojo.az Banner
23:04 Xameneinin oğlu ağır yaralandı  |     22:58 Yeni sədr özünə müşavir təyin etdi - FOTO  |     22:51 İran BƏƏ-yə PUA hücumları edir  |     22:45 Yaz Azərbaycana bu tarixdə daxil olacaq  |     22:38 İsrail bu əraziləri VURDU  |     22:26 Bakıda ata və oğlu faciəli şəkildə ÖLDÜ  |     22:20 Tiktokda rəy yazan arvadını döydü  |     22:12 Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir  |     22:05 Ötən gün Azərbaycanda axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verilib  |     21:57 Bu şirə qan şəkərini sürətlə artıra bilər - Bir çox insan onu içir  |     21:50 Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı  |     21:44 Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib  |     21:33 ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib  |     21:30 Abşeronda itkin düşən kişinin meyiti tapıldı  |     21:05 DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"  |     20:54 Salyanda azyaşlını avtomobil vuraraq öldürüb  |     20:49 Təl-Əviv ərazisində həyəcan siqnalı verildi  |     20:40 Dubayda qızılın qiyməti ucuzlaşdı - SƏBƏB  |     20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |    
Left Banner
Right Banner

17 nəfər şagirdi tualetdə və digər yerlərdə dəfələrlə zorladı - Azərbaycanda məktəbdə DƏHŞƏTLİ HADİSƏ

02.04.2019 15:43 11 136
17 nəfər şagirdi tualetdə və digər yerlərdə dəfələrlə zorladı - Azərbaycanda məktəbdə DƏHŞƏTLİ HADİSƏ
Şabran rayonunun kəndlərindən birində dəhşətli hadisənin üstü açılıb. Belə ki, həmin kənd sakini, hazırda 15 yaşı olan Amil Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edilib. Sinif yoldaşları və məktəbin digər şagirdləri 13 yaşından etibarən Amillə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Publika.az-a müraciət edən yeniyetmənin atası Hətəm Həsənov deyib ki, bu hərəkətlər məktəbin həyətində, tualetində və kəndin müxtəlif yerlərində edilib: “Oğlum ilk dəfə 12-13 yaşında olarkən özündən 4-5 yaş böyük şəxs tərəfindən döyülərək qeyri-təbii yolla cinsi təcavüzə məruz qalıb. Bundan sonra həmin şəxs əgər kiməsə desə (əsasən də evdə) onu bütün kənddə biabır edəcəyini və onu yenə döyəcəyini bildirib. Bundan sonra məktəbin digər şagirdləri və kənd sakinləri də əxlaqsızcasına uşağa dəfələrlə zor tətbiq edərək, onu şantaj edərək onunla cinsi əlaqədə olub”.

A.Həsənovla cinsi əlaqədə olmuş şəxslərin sayı hələlik zərərçəkmiş şəxsin deməsinə görə 17 nəfər olub. Həmin şəxslərin bir neçəsi hazırda məktəbdə təhsil almaqda davam edir, bir hissəsi isə məktəbi bitirib. Uşağın atası bildirib ki, baş verənlərdən təxminən bir ay öncə xəbər tutub: “Əmisi oğlunun onun müəyyən hərəkətlərindən şübhələnərək sorğu suala çəkməsi nəticəsində hər şey üzə çıxıb”.

Eşitdiklərindən dəhşətə gələn ata müxtəlif yollar barədə düşünsə də sonda çarəni həmin şəxslərin cəzalanmasına nail olmaqda görüb, övladını isə psixoloq kurslarına aparıb. Həmçinin o, bir mart 2019-cu il tarixdə Şabran rayon Polis Şöbəsinə müraciət edib.

O, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər göndərib. H.Həsənov bildirib ki, 19 mart 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə cinayət işi başlanıb: “Amma cinayəti törədən şəxslərin kimliyi məlum olmasına baxmayaraq bu günə kimi adı çəkilən əksər şəxslər dindirilsə də hər hansı şəxs məsuliyyətə cəlb edilməyib. Halbuki, əldə edilmiş 3 tibbi ekspert rəyinə əsasən zərər çəkmiş şəxslə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma halları mövcud olub. Həmin şəxslərdən biri hətta oğluma zor tətbiq edib onunla cinsi əlaqədə olduğunu etiraf edib və səs yazısı istintaqa təqdim olunub”.

Məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, faktla bağlı cinayət işinin istintaqı davam etdirilir. Məsələyə istintaqın yekununda hüquqi qiymət veriləcək.

Hadisənin baş verdiyi kəndin adını və şəxslərin kimliyini etik qaydalar çərçivəsində qeyd etmirik.

скачать dle 11.3
Mojo.az Banner