Mojo.az Banner
17:44 "On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb  |     17:35 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:22 Ərdoğandan Qara dənizdə gəmilərə hücumla bağlı - Xəbərdarlıq  |     17:18 Şəkidə qonşu qadınlar arasında dava: İş məhkəmədə yekunlaşdı  |     17:08 Bu mayenin hər litrinə 100 manat aksiz tətbiq edilecek  |     17:00 Dərslik deyil, yük daşıyırlar: Məktəblilərin qorxulu problemi  |     16:55 Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru mühüm mərhələ yaxınlaşır  |     16:49 Bakı-Şamaxı yolunda eyni nişanların təkrarlanması ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:41 Rusiyadan idxal olunan minlərlə qida əlavəsi məhv edildi  |     16:36 Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi  |     16:32 Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı  |     16:17 Evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanıldı  |     16:07 Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanıldı  |     16:00 Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI  |     15:55 Sabah Bakıda hava yağmursuz keçəcək  |     15:53 Gürcüstan 43 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var  |     15:52 Azərbaycanla bu ölkə arasında hava əlaqəsi olacaq  |     15:51 "Məktəblərin yaxınlığında köşklərdə dənə-dənə siqaretlər satılır" - Komitə sədri  |     15:50 Bakıda tələbə faciəli şəkildə öldü  |     15:32 Bu işçilərə ödənilən müavinət artırılacaq  |    
Left Banner
Right Banner

Cocuq Mərcanlıda Aprel şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib

01.04.2019 19:06 1 638
Cocuq Mərcanlıda Aprel şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov, Aprel döyüşlərinin iştirakçısı, istefada olan kapitan Hikmət Məmmədov, şəhid Vüsal Alıyevin anası Şahnaz Alıyeva, şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova, şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid Teymur Qasımovun anası Gülnar Qasımova tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.

Qeyd edilib ki, üç il əvvəl möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib.

Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak etdilər.

Eyni məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib. Yuxarıda adıçəkilən dövlət qurumları və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Lələtəpə yüksəkliyi istiqamətində ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına kəndin girişində yolun kənarında çinar ağacı əkilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.//report.az

скачать dle 11.3