Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Mafiadan gizlənən cazmenlər və Merilin Monro - 60 il keçdi

30.03.2019 13:54 3 802
Mafiadan gizlənən cazmenlər və Merilin Monro - 60 il keçdi
“Bəziləri qaynar sevir” (“Some Like it Hot”) və ya geniş auditoriyaya “Cazda yalnız qızlardır” adı ilə tanınan məşhur Hollivud komediyasının böyük ekranlara çıxdığı gündən 60 il ötür.

Mafia “başkəsən”lərindən gizlənmək üçün qadın cildinə girən iki cazmenin sərgüzəştərindən bəhs edən komediya dünya kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən hesab olunur.

Rejissor Billi Uaylderin çəkdiyi filmdə baş rolları Toni Körtis, Cek Lemmon və Merilin Monro ifa edib.

Çəkilişlər 1958-ci ildən 4 avqust-6 noyabr tarixlərində həyata keçirilib. Ekran əsəri böyük ekranlara növbəti il martın 29-da yol tapıb. Film “Oskar” mükafatı və üç “Qızıl qlobus” mükafatı qazanıb və ABŞ kino tarixində çəkilmiş ən yaxşı komediya elan edilib.

Filmdəki I Wanna Be Loved by You mahnısı indiyə kimi populyarlığını qoruyub saxlayıb, baş qəhrəmanları mizah dolu ifadələri isə ABŞ-da dillər əzbəri olub.

Son xəbərlər