Mojo.az Banner
17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəxsiyyət vəsiqəsi alanlar yeniliklə üzləşəcəklər

29.03.2019 19:43 2 088
Şəxsiyyət vəsiqəsi alanlar yeniliklə üzləşəcəklər
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanunda dəyişikliyə baxılıb.

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, həmin qanunun 7.1.1-ci maddəsinə "ümumvətəndaş" sözündən əvvəl "şəxsiyyət vəsiqəsi, habelə" sözləri əlavə edilib. Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək. Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Mövcud maddədə isə deyilir ki, aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:

7.1.1. ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla).

Qeyd edək ki, dövlət daktiloskopik qeydiyyatı dedikdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət nəzərdə tutulur.

Daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner