Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

“Diqlas” yenidən tikiləcək? - Nazir məsələyə aydınlıq gətirdi

29.03.2019 13:01 1 699
“Diqlas” yenidən tikiləcək? - Nazir məsələyə aydınlıq gətirdi
İqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” Ticarət Mərkəzinin yenidən tikilməsi məsələsinə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, “Diqlas” Ticarət Mərkəzi tamamilə özəldir:

“Bu məsələ dövlətin ixtiyarında deyil. Onların sahiblərinin qərarlarından asılıdır. Ticarət mərkəzinin tikilməsi məsələsi ayrıca müzakirə oluna bilər”, - deyə Şahin Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, sahibkarlara dəyən ziyanla bağlı sənədlər olmadığına görə ziyanın hesablanmasında bir neçə dövlət orqanının məlumatlarından istifadə oluna bilər.

O qeyd edib ki, “Diqlas”da yanan mallar əsasən idxaldır:

“Buna görə də həmin mallara dair sənədlər Dövlət Gömrük Komitəsindən əldə ediləcək, eyni zamanda, sahibkarların VÖEN hesablarından da bəzi məlumatlar götürüləcək və digər mənbələrdən istifadə olunacaq. Düşünürəm ki, bu məlumatları əldən etdikdən sonra dəqiq ziyanı müəyyən edə biləcəyik”.

Şahin Mustafayevin sözlərinə görə, hazırda zərərçəkənlərin dəqiq sayı məlum deyil:

“Çünki ticarət mərkəzinin özü iki hissədən - “Diqlas-1”, “Diqlas-2”dən ibarətdir. Təxminən 60-a yaxın mağaza “Diqlas-1”də, 111 mağaza isə “Diqlas-2”dədir. Bu, ilkin rəqəmlərdir və İşçi Qrupunun əsas vəzifəsi bu rəqəmləri tam dəqiqliyi ilə araşdırmaqdır”.

“Diqlas” a daxil olmayan ətraf ərazilərdəki zərər çəkən sahibkarlarla bağlı nazir bildirib ki, bu məsələ araşdırılır. Bütün zərərçəkənlərlə bağlı məlumatlar əldə ediləcək. Yalnız bundan sonra komissiya lazım olan qərarı qəbul edəcək”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, martın 26-da “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.

Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov dünən icarədarlarla görüşdə bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.
//oxu.az

Son xəbərlər