Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakı Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçilib

28.03.2019 12:00 2 851
Bakı Aeroportu postsovet məkanının ən yaxşı aeroportu seçilib
Heydər Əliyev Beynəlxalq Aeroportu post-Sovet məkanının bütün hava limanları arasında ən yaxşı aeroport olaraq ən nüfuzlu qiymətləndirmə olan “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Azərbaycan paytaxtının hava limanı artıq üçüncü ildir ki, bu nominasiyada liderliyini qoruyur.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında 3-cü yeri tutub. Siyahıya “London Siti” aeroportu (London City Airport, LCY) başçılıq edib.

Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub.

“Skytrax” tərəfindən keçirilən və 550-dən çox hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır.

İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə “Skytrax” 100-dən çox ölkədən 13 milyon sərnişin arasında sorğu keçirib.

Son xəbərlər