Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda orijinal toy dəvəti - FOTO

27.03.2019 22:39 2 534
Azərbaycanda orijinal toy dəvəti - FOTO
Qazax rayonunun Ermənistanla sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşən Məzəm kəndində sakinlərin toya dəvət olunması ilə bağlı maraqlı və orjinal bir ənənə formalaşıb.

Median.Az
"Sherg.az"-a istinadən xəbər verir ki, təxminən 500 nəfərdən ibarət olan bu sərhəd kənddə toy dəvətnaməsi hər kəsin evinə göndərilmir. Hər hansı bir kənd sakini övladına toy, düyün edərsə və ya övladının müəssər olduğu nailiyyətlərlə bağlı ziyafət verərsə, bununla bağlı ümumi bir dəvətnamə yazılır.

Kənd sakinlərinin daha sıx, eyni zamanda tez-tez toplaşıb müzakirələr apardığı bir məkandakı ağaca vurulur. Və bütün kənd sakinləri mərasimə dəvət olunurlar. Bunun yaranmasını zəruri edən isə həmin kənddə yaşayan əhalinin sayının azlıq təşkil etməsi olub.

Əhalisi az olan kəndlərdə hər hansı bir toy, nişan olarsa, bütün kənd əhli mərasimə dəvət olunur. Qeyd edək ki, məlum ənənə uzun müddətdir, davam edir.

Kənd sakinləri bu adəti davam etdirəcəklərini söyləyirlər. Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.

Son xəbərlər