Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Bir şagirdin təhsil aldığı kənd - VİDEO

08.05.2021 16:28 2 289
Bir şagirdin təhsil aldığı kənd - VİDEO
Şabran rayonunun Leyti kəndində ibtidai məktəbində cəmi bir şagird təhsil alıb. Ayxan Cəlilov bu kənd məktəbinin yeganə şagirdi olub. Yanvar ayından etibarən isə artıq bu təhsil ocağının qapıları da bağlanıb. Məktəb bağlandığından 4-cü sinif şagirdi təhsildən kənar qalıb.

Ayxanın nənəsi Əntiqə Cəlilova deyir ki, kənddə əslində nəvəsi ilə bərabər bir neçə nəfər həmyaşıd olsa da, onlar təhsillərini qonşu kənddə alırlar. Yol uzaq olduğundan və dərsə gedib-gəlmək xərc tələb etdiyindən ailə uşağı aparıb-gətirə bilməyib. Buna görə də Ayxan kənd məktəbində təhsil alan yeganə şagird olub. Hazırda təhsil ocağı bağlandığından onun təhsili də yarımçıq qalıb.

Kənddə övladları təhsildən kənar qalan sakinlər də məktəbin açılmasını və ya qonşu kənd məktəbinə gedib-gəlmək üçün hər hansı bir nəqliyyat vasitəsinin ayrılmasını istəyir.

Şabran rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin bağlanmasına səbəb şagird sayının cəmi bir nəfər olmasıdır.

O ki qaldı sakinlərin təklif etdiyi marşrut xəttinin açılmasına, təhsil şöbəsindən deyildi ki, bununla bağlı məsələ onların səlahiyyətində deyil. Əgər müraciət daxil olarsa, aidiyyəti üzrə yönləndirilə bilər.

Qeyd edək ki, rayon mərkəzindən 15 km aralıda yerləşən Leyti kəndində 80 ev mövcud olsa da, onlardan yalnız 30-da yaşayış var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Son xəbərlər