Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni avtomobillərdə sürət məhdudiyyəti olacaq

27.03.2019 22:10 4 477
Yeni avtomobillərdə sürət məhdudiyyəti olacaq
2022-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobillərdə sürət məhdudiyyəti sistemi tətbiq ediləcək. Avropa Komissiyasının təsdiq etdiyi bu təkliflər Avropa Şurası və Avropa Parlamentinin ratifikasiyasından sonra qüvvəyə minəcək.

Median.Az
BBC-yə istinadən xəbər verir ki, Aİ 2050-ci ilədək yol-nəqliyyat qəzalarında ölüm hallarını minimuma endirməyi nəzərdə tutur. Bu məqsədlə yeni avtomobillərdə "ağıllı sürət yardımı” (ISA) təcili əyləc sistemi və nəqliyyat vasitələrinin yol zolağında qalmasını təmin edən məcburi texnologiya quraşdırılması nəzərdə tutulur. ISA sürət lövhələrini qəbul edən kameralar vasitəsilə işləyəcək və GPS proqramının olduğu kompüterlər lazımi sürəti hesablayaraq motor əyləci ilə avtomatik şəkildə sürəti azaldacaq.

Aİ Komissiyasının üzvü Elizabet Bienkovska yeni sistemlə bağlı müraciətində qeyd edib ki, hər il yol-nəqliyyat qəzalarında 25 min insan həyatını itirir. Onun sözlərinə görə, bu qəzaların əksəriyyəti sürücü xətalarından baş verir və yeni sistem onların qarşısını almağa kömək edəcək. ISA sürəti azaltmaqla yanaşı, sürücülərə yuxulamaq, mobil telefondan istifadə etməklə bağlı xəbərdarlıq da edəcək. Əlavə olaraq, sistemə avtobus və yük maşınlarında sürücülərin ətrafı tam şəkildə görməsini təmin edəcək proqram daxil ediləcək. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bildirib.

Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur.скачать dle 11.3

Son xəbərlər