Mojo.az Banner
15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |    
Left Banner
Right Banner

Azərbaycanlı iki dağçı aksiya başlatdı - FOTO

27.03.2019 21:14 2 018
Azərbaycanlı iki dağçı aksiya başlatdı - FOTO
Dünyada yayılmış məşhur təmizlik həştəqi olan #trashtag trendinə qoşulan iki gənc dağçı Göyçayın dağlıq ərzilərinə atılan tullantıların təmizlənməsini təmin etmək üçün aksiya keçirib.

Təbii ərazilərə atılan polietlen paketlər, plasmas butulkalar və s. torpaqda gec çürüyən materiallar, torpağın təbii qatına ziyan vurur, heyvanların yayılıb artması üçün lazım olan faydalı bitkiləri məhv edirlər.

Gənclər, tullantılar atılmış bir ərazi seçərək, oranın təmizliyini təmin ediblər. Dağçı Coşqun İsmayılov bildirib ki, Yer kürəsinə ildə 1.3 milyard ton məişət tullantısı atılır. Bu tullantıların 258-368 milyonu zibilxanalara, yüzdə 80-i isə okeanlara tökülür.

“Son zamanlar sosial mediada yayılan #trashtag trendi ilə zibillərlə dolu yerlər təmizlənir və tullantılar atılmış yerin əvvəlki və sonrakı fotoları paylaşılır. Sosial mediada getdikcə daha çox insana çatan Trashtag həştəqinin sürətli və əhatəli olması, təbiətin təmizliyinə ümid vəd verir. Könüllülər ilk olaraq zibil dolu bir yerin fotoşəkilini çəkir, sonra orada olan bütün zibilləri təmizləyir və bölgənin yeni vəziyyətini paylaşırlar. Bu trend gün keçdikcə daha çox insana çataraq yayılır. Buna görə də biz də bu prosesdə iştirak edərək bölgədə bu istiqamətdə ilk addımı atdıq və daha çox insanın bu trendə qoşulmasını gözləyirik”.

Digər dağçı Seymur Məmmədov isə bildirib ki, bu aksiyada məqsəd təkcə təbiətin təmizlənməsinə yox, həm də onun çirkəndirilməməsinə xidmət etməlidir:

“Hər yaş qrupundan olan insanlar bu cür trendlərdə iştirak etməklə, özlərində təbiətin təmizliyinə qarşı məsuliyyət hiss etməyə başlayacaqlarını düşünürəm. Ümid edirəm ki, bizim bu addımımız hər yaş qrupundan olan insanlara təsir etməli, onları sosial məsuliyyətə yönəltməlidir”.

Xatırladaq ki, gənclər bu aksiyanı davamlı olaraq həyata keçirəcəklərini və bu istiqamətdə fəaliyyət göstərən yerli təşkilat və dövlət qurumları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.//oxu.az

скачать dle 11.3
Mojo.az Banner