Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

“Diqlas”ın direktor müavini: Məni tutsalar belə, heç kim sizə pul verməyəcək

27.03.2019 17:40 4 028
“Diqlas”ın direktor müavini: Məni tutsalar belə, heç kim sizə pul verməyəcək
Məni və ya digər kimisə tutsalar, sizin probleminiz həll olunacaq? Bina geri qayıdacaq, ya kimsə gətirib sizə pul verəcək?!

Bu sözləri vətəndaşlarla görüşdə “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov deyib.

O, çətinliklərin öhdəsindən gəlmək üçün bir-birilərinə dəstək olmağın vacib olduğunu dilə gətirib:

“Bu gün gedib sahibkarlarla görüşəcəyəm. Heç kimin sığortası yoxdur. Sizin malınız yanıbsa, mənim də evim yanıb. Bu bina tikiləndən mən burdayam. Əgər buranın 25 milyonluq qiyməti vardısa, sizin də yüz minlərlə malınız var idi. Çıxış yolu tapmaq lazımdır. Əgər siz günahkar axtarsanız, mənə qarşı və ya bir başqasına qarşı cinayət işi açılsın, həbs edilsin fikrinə doğru getsəniz, heç bir nəticə əldə edə bilməyəcəyik.

Bilirsiniz ki, “Diqlas” iki yerə bölünüb və iki sahibi var. Mən “Diqlas”ın yalnız bir hissəsini idarə edirəm. Bu gün real həll yollarından biri odur ki, qısa zamanda yığışıb mağazaları təmir edək. İnsanlar iş başına qayıtsınlar.

İcarədarlar onlara dəymiş ziyan qarşılanana qədər pul ödəmədən çalışsınlar. Çünki nə biz binanı sığortalatmışdıq, nə də siz mallarınızı. Dövlət bizə pul verməyəcək. Yenə deyirəm, bir-birimizə kömək edərək bu vəziyyətdən çıxmağa çalışaq. Məni tutsalar, “Diqlas”ın ikinci hissəsini idarə edən Rasimi tutsalar, Bəhruzu tutsalar, sizin qazancınız olacaqmı?”

Vətəndaşlar A.Rəhimovdan onları sahibkarlarla görüşdürməsini istəyib. Ticarət Mərkəzinin rəsmisi buna cavab olaraq bildirib ki, onlar istəsəydi, gəlib görüşərdilər:

“Mənə siz deməmişdiniz ki, gəlim, sizinlə görüşüm. Mən özüm hadisəni eşitdim və gəlib sizinlə söhbət edirəm. Onlar da istəsəydi, gələrdilər. Ona görə də səbrli olun, mən bu gün onlarla görüşüb danışım. Görək nəticə nə olacaq. Mən kənarda deyiləm, elə özüm də sizin içinizdən bir vətəndaşam”.
//oxu.az

Son xəbərlər