Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert yanğınla bağlı xəbərdarlıq etdi

26.03.2019 21:55 2 156
Ekspert yanğınla bağlı xəbərdarlıq etdi
“Yanğın təhlükəsizliyi ictimai təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Ona görə də hər yerdə və hər kəs yanğın təhlükəsizliyi tələblərinə də ciddi yanaşmalıdır”. Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz “Facebook” səifəsində yazıb.

O, qeyd edib ki, xüsusilə ictiami yerlərdə - çoxmənzilli binalarda, ticarət obyektlərində, şou məkanlarında, təhsil müəssisələrində və s. yanğından mühafizə qaydaları heç vaxt unudulmamlıdır: “Özü də yanğının baş verməsini istisna edən tədbirlərlə yanaşı, baş verən yanğının qarşısını almağın, insanları və müxtəlif maddi dəyərləri yanğından xilas etməyin mümkünlüyü də çox önəmlidir. Hazırda ölkəmizdə, xüsusən də Bakıda tikinti norma və qaydalarına məhəl qoyulmadan sıx məskunlaşma, xüsusən iri ticarət obyektlərinin ətrafında mövcud olan vəziyyət ciddi təhlükələrdən xəbər verir”.

Ekspert bildirib ki, hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur, inkişaf etmiş olkələrdə ÜDM-in təxminən 1%-i yanğınlarda külə dönür.

Son xəbərlər