Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Eddi İsrafilov: "Məni milliyə çağırmamasının səbəbini Qurbanovdan soruşun"

25.03.2019 22:16 2 537
Eddi İsrafilov:
"Bu gün sadəcə, qol çatmadı. Yaxşı oynadıq, mübarizə apardıq, amma fərqlənə bilmədik. Yeni oyunçular və baş məşqçi ilə bundan sonra daha yaxşı məşq edib növbəti qarşılaşmalara hazırlaşacağıq".

Median.Az
-ın report-a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov evdə Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

İspaniya "Alkorkon"undan dəvət almış yarımmüdafiəçi digər sualları da cavablandırıb...

Xorvatiya ilə oyundan sonra hər kəs yığmadan qələbə gözləyirdi...

- Gələcək haqda heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.

Komandanın qrupdan çıxma şansını necə qiymətləndirirsiniz? Sizcə, bu, reallaşa bilər?

- Bilmirəm. Biz qrupdan çıxmaq istəyirik, amma yekunda nə olacağını deyə bilmərəm. Əlbəttə, bunun üçün gücümüz də, istəyimiz də var. Sadəcə, gələcəyi qabaqlamaq olmur.

Uzun müddətdir milli komandaya dəvət almırdınız. Əvvəlki illərlə müqayisədə bu dəfə həm Xorvatiya, həm də Litva ilə matçlarda daha yaxşı çıxış etdiniz. O zamandan bəri millidə nə dəyişib?

- Mən həmişə yaxşı oynamaq istəyirəm. Bu, bəzən alınır, bəzən yox. Dediyiniz kimi, bu matçlarda yaxşı çıxış etmişəmsə, mənim üçün xoşdur.

Qurban Qurbanov millinin baş məşqçisi olduğu zamanlarda sizə dəvət yollamadı. Onunla bu barədə söhbətiniz olmuşdu?

- Bu barədə məndən deyil, Qurbanovun özündən soruşmalısınız.

Nikola Yurçeviç haqqında nə düşünürsüz: Komandanı gücləndirə bilərmi?

- Hələ bu barədə danışmaq çox tezdir. Yaxşı “oğlandır”, yaxşı motivatordur, bizimlə çox danışır, oyuna kökləyir. Amma oynayaq, görək, nəticələr necə olacaq.скачать dle 11.3
Mojo.az Banner