Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Əcəb edir, günah onu efirə buraxanlardadı” – Rasim Balayev

25.03.2019 19:10 3 042
“Əcəb edir, günah onu efirə buraxanlardadı” – Rasim Balayev
Xalq artisti Rasim Balayev müğənni Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanın təhqir etməsinə cavab verib.

Median.Az
xəbər verir ki, Rasim Balayev Demokrat.az-a açıqlamasında Afət Fərmanqızını “virus” adlandırıb:

“Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kimi gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir”.

Xalq artisti Afət Fərmanqızı kimi şəxslərin efirə buraxılmasına görə telekanal rəhbərlərini günahlandırıb:

“Günah onları efirə buraxan telekanalların rəhbərlərindədir. Sizə bir misal çəkim. Bu yaxınlarda məni telekanallardan birində yayımlanan verilişə çağırmışdılar. Mən onlara etirazımı bildirdim. Dedim ki, mən sizin telekanala gəlmək istəmirəm. Çünki orada çox səviyyəsiz verilişlər verirlər. Həmin adam mənə dedi ki, onların verilişə dəvət edilməsi bizlik deyil, həmin verilişləri prodakşınlar aldığı üçün onları da efirə prodakşın çağırır və sairə. Yəni, bugünki biabırçı reallıq budur. Bu qədər səviyyəsizlik olmaz! Efirlərdə yayımlanan verilişləri prodakşın alır və nə istəyirsə, onu da edir. Axı bu nə qanundur? Efir bu cür yiyəsiz qalıb”.

Son xəbərlər