Mojo.az Banner
23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |     22:10 Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ  |     22:01 Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri  |     21:56 Bakının bir hissəsində qaz olmayacaq  |     21:49 İsmayıllıda traktorun altına yıxılan kişi öldü  |     21:44 Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir  |     21:31 Alvares "Arsenal"ı rədd etdi  |     21:26 Nazirlik saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyasını ləğv etdi - RƏSMİ  |     21:23 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapılıblar  |     21:16 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:11 Numan Kurtulmuş Azərbaycana gəlib  |     21:04 Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verdi  |     20:58 Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı  |    
Left Banner
Right Banner

Yardımlıda torpaq sürüşməsi - Yol çökdü

25.03.2019 16:45 3 515
Yardımlıda torpaq sürüşməsi - Yol çökdü
Yardımlı rayonunda torpaq sürüşməsi qeydə alınıb.

Yeni çəkilmiş Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonundan keçən bəzi hissələrində torpaq sürüşməsinin təsirindən ərazidə çökmələr olub.

Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi nəticəsində avtomobil yolunda bəzi hissələr çöküb. Əvvəl kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq, Ərsilə və Arus kəndlərində müşahidə olunur. Asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr enində qısalıb. Bu isə avtomobillərin hər iki istiqamətdə hərkətini çətinləşdirir.

"Azəryolservis” ASC-dən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək. (ONA)
скачать dle 11.3
Mojo.az Banner