Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

23.03.2019 18:35 1 926
Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?
Hər bir insanın yaşadığı yeri onun qalası adlandırmaq olar. Lakin bir çoxlarının bu evin divarlarında gizlənən ölümcül təhlükələrdən xəbərləri yoxdur. Buna görə də mütəxəssislər evdə ən təhlükəli olan və onun sakinlərinin ölümünə gətirib çıxaran TOP-5-liyi tərtib ediblər.

Median.Az
Publika.az-a istinadən xəbər verir ki, siyahıda birinci yerdə adi hava qeyd olunub. Havada allergiyanın ən geniş yayılma səbəbi olan toz gənəsi yaşayır ki, istər-istəməz nəfəsimizlə onu orqanizmə qəbul edirik. Əksər hallarda bu gənə astmanı törədə bilir. Danimarkalı mütəxəssislər müşahidə ediblər ki, astma xəstələri döşəkdə olan tozdan əziyyət çəkirlər. Əgər çarpayıda 1 qram tozda 100 gənə normal hesab edilirsə, 1 qram tozda 110 gənə aşkar olunub. Bunun qarşısını almaqdan ötrü mənzilin havasını tez-tez dəyişmək və rütubətin qarşısını almaq vacibdir. Çünki rütubət gənənin çoxalmasına şərait yaradır.

İkinci yerdə məişət kimyasıdır. ABŞ alimləri standart təmizlik vasitələrini araşdırıblar. Məlum olub ki, onların tərkibində daha çox olan ftalatlar hormonlara və testosteronun yaranmasına təsir edir. Bundan əlavə, evlərdə tozla yanaşı, fenol qalıqları da müşahidə olunub ki, insanlar bununla nəfəs alıblar. Bütün bu cisimlər immunitetə ziyan vurur, hormonal mühiti pozur və nəticədə xərçəngə gətirib çıxarır.

Ətirli şamlar da çox təhlükəlidir. Səbəb onların tərkibindəki qurğuşundadır. Hamilə qadınlara bu tip şamdan və çöplərdən istifadə etmək məsləhət görülmür. Əks halda bu, genetik mutasiyaya, astmaya, dermatitə və onkoloji xəstəliklərə səbəb olur.

Siyahıda daha sonra otaq bitkiləri, məsələn, aloe gəlir. Evdə bu bitkidən hazırlanan sulu dərmanlar ürək və əzələ, qaraciyər və allergiya problemləri yaradır. Top-5-lik kiflə qapanır. Kif ağciyər, astma, allergiya və s. xəstəliklərə səbəb olur. Sadəcə, havanın rütubətini izləmək, vanna otağında və mətbəxdə kifin qarşısını vaxtında almaq vacibdir.скачать dle 11.3
Mojo.az Banner