Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Minsk, Tbilisi və Bakı dəmir yolu üzrə konteyner daşınmalarını müzakirə edəcək

22.03.2019 20:59 3 502
Minsk, Tbilisi və Bakı dəmir yolu üzrə konteyner daşınmalarını müzakirə edəcək
Belarus, Gürcüstan və Azərbaycan Tbilisi - Bakı - Minsk marşrutu üzrə dəmir yolu konteyner marşrutunun təşkil edilməsi imkanları üzərində işləyəcək.

"Report" BELTA-ya istinadən xəbr verir ki, bu barədə qərar Belarus-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının V iclası zamanı qəbul olunub.

İclas 19-22 mart tarixlərində Gürcüstanda keçirilib.

"Görüşün sonunda tərəflər Gürcüstana birbaşa su yolu ilə çatdırılmalar üçün vahid bir gəmi partiyasının yaradılması məsələlərini, həmçinin Gürcüstanın Azərbaycan və Belarusla birgə Tbilisi-Bakı-Minsk marşrutu üzrə dəmiryolu konteyner marşrutu təşkil etmək imkanlarının hazırlanmasına dair qərar qəbul ediblər", - deyə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Son xəbərlər