Güclü duman Biləsuvarda nəqliyyatın hərəkətini çətinləşdirib
Median.Az-ın report-a istinadən məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində müşahidə edilir.
Görmə məsafəsi xeyli azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Dumanlı hava şəraiti həmçinin yeni Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində də müşahidə olunur.
