Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda klub rəsmiləri legioner futbolçunu döyüblər?

21.03.2019 20:59 1 799
Azərbaycanda klub rəsmiləri legioner futbolçunu döyüblər?
Vaxtı ilə Azərbaycanda – “Olimpik” (indiki “Şüvəlan”) klubunda forma geyinmiş Domaqoy Kosiç Xorvatiya mətbuatına açıqlama verib.

Median.Az
komanda.az-a istinadən xəbər verir ki, xorvat futbolçu Bakı klubunda yaşadığı tükürpədici olay barədə danışıb:

“Azərbaycana gedəndə klub rəhbərliyi bizə çox şey söz verdi. Sonradan kim onları qane etmədisə, sənədlərini qaytardılar və dedilər ki, sizin üçün icazə ala bilmədik. İstədikləri futbolçuların pasportlarını götürdülər və icazə alındığını bildirdilər. Onların arasında mən də var idim.

Çempionat başlayana qədər müqavilə bağlamalı idik. Lakin bizə vəd olunan məbləğdən az pul verdilər və dedilər ki, müqaviləyə qol çəkməlisiz, yoxsa sənədlərinizi qaytarmayacağıq. Əvvəlcə çempionatda hər şey yaxşı gedirdi. Nəticələr pisləşəndə isə müqavilələrin etibarsız olduğunu dedilər.

Ən pis hadisə isə məşqlərin birində baş verdi. Semyon Miloşeviç son oyunda qırmızı vərəqə aldığı üçün məşqdə üzr istədi. Amma klub rəsmilərindən biri onun üzrxahlığını qəbul etmədi və yumruqla başından vurdu. Sonra isə yanındakılar da ona qoşuldular və oyunçunu döyməyə başladılar. Çox qorxulu mənzərə idi. Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də nə baş verdiyini anlamaqda çətinlik çəkirdim. Həmin an bir fikrim var idi: Azərbaycandan qaçmaq. Baş vermiş hadisədən çox qorxmuşdum”.

Kosiç 2005-2006-cı illərdə “Olimpik”də forma geyinib.

Son xəbərlər